Emin Hüseynov: “Mina xəritələrinin dəqiqliyinə tam əmin olmaq təhlükəlidir”
Sfera.az xəbər verir ki, bu fikirləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ermənistanın mina xəritələrini tam verməməsinin bu yaxınlarda aparılan tikinti-quruculuq işlərinə mane olması barədə suala cavabında bildirib.
"O ərazilər həm də hamar deyil. Çoxlu müdafiə istehkamları qurulub və orada hərbi terminologiya ilə desək, xeyli vallar var. Buna görə də, mina əleyhinə xüsusi maşınların istifadəsi çox çətinləşib. Orada minaaxtaran aparatlarla araşdırma, itlərlə axtarış aparmaq çox çətindir. Bu ərazilər daha çox manual olaraq, yəni əllə minalardan təmizlənir”, - Emin Hüseynov qeyd edib.
Nəhayət bu yaxınlarda keçmiş təmas xəttində 20 metr enində bir dəhliz açılıb və bunun nəticəsində Xındırıstan kəndindən, Ağdam -1 yarımstansiyasına Azərenerji QSC elektrik xəttinin çəkilişini təmin edə bilib: "Artıq şəhərdə elektrik enerjisi mövcuddur. Lakin təhlükə qalmaqdadır”.






