"Yaşat" Fonduna 65 milyon manat ianə olunub
Kateqoriya məlum deyil
"40 şəhidin ailə üzvü və 15 qazi Dövlət Agentliyində işlə təmin olunub".
Sfera.az xəbər verir ki, bunu "Yaşat" Fondunun yaradılmasının bir illiyi münasibətilə təşkil olunmuş tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.Agentlik rəsmisi "Yaşat" Fondu işçilərinin Aprel döyüşü iştirakçıları, qazi və şəhid ailələrindən təşkil olunduğunu bildirib.
Ü.Mehdiyev ötən ilin dekabrında 69 rayon üzrə 16 minədək şəhid ailəsi ilə fond tərəfindən təşkil edilən qrup nümayəndələrinin görüş keçirdiyini, problemləri ilə maraqlandıqlarını vurğulayıb.
İndiyədək "Yaşat" Fonduna 65 milyon manat ianə olunub ki, onun da 50 milyon manatı müxtəlif istiqamətlər üzrə xərclənib.Əzizə Zeynal






