Logo

7 dövlət orqanında 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

7 dövlət orqanında 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 26-da elan edilən ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşib.

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə, elan üzrə 7 dövlət orqanında mövcud olan 58 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.

Qeydiyyatdan keçmiş 159 namizəddən 135-nin müsahibədə iştirakına razılıq verilib.

Ən yüksək müsabiqə vəziyyəti Dövlət Maliyyə Nəzarəti Xidməti, Qeyri-büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsi, Dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üzrə nəzarət tədbirlərinin aparılması sektoru, aparıcı məsləhətçi – nəzarətçi-müfəttiş (1 vakant yer üzrə 13 namizəd), Hesablama Palatası, Gəlirlərin auditi sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 11 nəfər) vəzifələri üzrə yaranıb.

Müsahibələrin 2021-ci il dekabrın 13-dən 2022-ci il yanvarın 6-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR