Logo

Qafqaz Xəbər Agentliyinin baş direktoru 40 yaşa qədəm qoydu

Qafqaz Xəbər Agentliyinin baş direktoru 40 yaşa qədəm qoydu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 19-da ehtiyatda olan polis zabiti, Qafqaz Xəbər Agentliyinin təsisçisi və baş direktoru Mahmud Tağıyevin 39 yaşı tamam olur. İxtisasca hüquqşünas olan Mahmud Rasim oğlu Tağıyev daxili işlər orqanlarından ehtiyata buraxıldıqdan sonra, öz əməliyyatçı bacarıqlarını mətbuatda sınamağa qərar verib.

Artıq 10 ilə yaxındır ki, Mahmud Tağıyev özünün jurnalist araşdırmaları ilə ölkə mətbuatında xüsusi yer tutur. Bu gün Qafqaz Xəbər Agentliyinin digər jurnalistlərinin apardığı, eksklüziv məlumatları cəmiyyətdə rezonans yaradırsa, bunda baş direktor Mahmud Tağıyevin rolu danılmazdır.

Hər zaman şikayətçiləri eşidən, gənc jurnalistlərə dəyərli tövsiyələriylə istiqamət verən Mahmud müəllim agentliyin işlərinə yalnız rəhbər kimi yanaşmır. M.Tağıyev gərəkdiyi anda kameranı çiyninə alıb çəkilişə tələsən, şikayətçiləri şəxsən, səbirlə dinləməyi bacaran, bir hadisə olduqda operativ şəkildə məlumat hazırlayıb redaktora göndərən reportyor da olmağı bacarır.

Məhz onun bu keyfiyyətlərinə görə də, Qafqaz Xəbər Agentliyində rəhbərlik və işçilər arasında sarsılmaz bir dostluq, qardaşlıq yaranıb. Elə bunun nəticəsidir ki, Qafqaz Xəbər Agentliyi bir çox uğurlara imza atıb. Mahmud Tağıyevi ürəkdən təbrik edir, daim ailəsinin, sevdiklərinin əhatəsində olmağı, sağında və solunda ancaq dost-yoldaş görməsini arzulayırıq.

Hörmətlə, Qafqaz Xəbər Agentliyinin kollektivi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR