Logo

Füzuli və Cəbrayılda minaya düşənlərə əlillik veriləcək

Füzuli və Cəbrayılda minaya düşənlərə əlillik veriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, hər üç şəxs - ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad Məmmədzadə və Cəbrayıl rayonunda təmir-tikinti işləri apararkən minaya düşən mülki şəxs Natiq Məmmədov hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə olunur.

Həkim-ekspertlər tərəfindən onların əyani müayinəsi də aparılıb və hər birinin hazırkı sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olduğu müəyyən edilib. Müayinə foto-videolar çəkiliş də aparılmaqla aktlaşdırılıb və qısa müddətdə müvafiq şəhadətnamə və göndəriş təqdim edildikdən sonra onlara əlillik dərəcələri təyin ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR