Yeni il yarmarkalarında qiymətlər necədir?
Sfera.az xəbər verir ki, yarmarkalarda şam ağacının qiyməti böyüklüyündən və formasından asılı olaraq 2 manatdan 90 manata qədər dəyişir. Şam ağacını bəzəmək üçün lazım olan bəzəklərin qutusu isə 2 manatdan başlayır. Zərlər hər biri 50 qəpikdən 5 manata, şar qiymətləri isə 1 dənəsi 10-20 qəpik arasındadır.
Yarmarkada şam ağacı işıqlarının qiyməti uzunluğundan asılı olaraq dfərqlidir. İşıqların qiyməti 4 manatla 40 manat arasındadır. Əgər evinizi daha da gözəlləşdirmək istəsəniz, bu zaman süni qarlar da ala bilərsiniz. Süni qarların qiyməti isə 2-3 manat təşkil edir.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirilib ki, dekabrın 2-dən Bakının 12 rayonunda 20-yə yaxın bayram çadırının quraşdırılmasına başlanılıb.
(Trend)






