Logo

Şabranda koronavirus xəstələri ictimai yerlərdə saxlanıldılar

Şabranda koronavirus xəstələri ictimai yerlərdə saxlanıldılar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yaşadıqları ünvanları tərk edən koronavirus xəstələri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə, Şabran rayon sakinləri Əflatun Həşimov və Sabir Məmmədov COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıblar və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR