Logo

“BakuBus”la bağlı yeni qərarlar verildi

“BakuBus”la bağlı yeni qərarlar verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.

Sfera.az BNA-ya istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri və "BakuBus” MMC-nin rəhbər şəxsləri iştirak ediblər.

İclasda "BakuBus” MMC-də Daxili Audit Xidmətinin yaradılması, "BakuBus”un təşkilati strukturunun yenilənməsi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

İclas zamanı "BakuBus”un maliyyə dayanıqlığının təmin edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək digər tədbirlərlə bağlı müzakirələr aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR