Logo

"Səhərə qədər yatmadı" - Aparıcı İlqarın dostu da o helikopterdə olub

"Səhərə qədər yatmadı" - Aparıcı İlqarın dostu da o helikopterdə olub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dost itirmək çox ağırdır.  Mən bunun ağırlığını qəzada ən yaxın dostunu itirən İlqarın səhərə qədər yatmadan siqareti siqaretə calamağından hiss etdim”.

Sfera.az-ın məlumatına görə, bunu aparıcı Zülfiyyə Bayramova ötən gün helikopter qəzasında şəhid olan polkovnik Cavadov Fizuli Əli İbram oğlundan danışarkən deyib. O, baş verən hadisəyə görə, nə özünün, nə də həyat yoldaşının gözünə yuxu getmədiyini deyib.

"Hər ikimiz səssizcə çəkirdik bu ağrını - bir-birimizlə danışmadan. Mən İlqara söz deməyə qorxurdum. Dolub dayanmış İlqara söz desəm, bəlkə də ağlayar. Mən isə onu ağlayan görmək istəmirdim. O da mənə söz demirdi, bəlkə də söz desə, səsi titrəyəcəyindən çəkinirdi. Ya da öz aləminə elə qapanmışdı ki, gözü heç kimi görmürdü. O dostunu və dostu ilə bərabər şəhid olan igidləri düşünürdü. Mən isə, o igidlərin ailəsinin nələr yaşadığını, bu xəbərin ağırlığından necə məhv olduqlarını. "İlan vuran yatdı, biz yatmadıq" misalını yaşadıq. Bu gecə bizi ilan vurmuşdu”, - deyə aparıcı əlavə edib.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR