Logo

Onlar 700 bal topladı – SİYAHI (FOTOLAR)

Onlar 700 bal topladı – SİYAHI (FOTOLAR)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent 700 bal toplayıb.

"Qafqazinfo” 700 bal toplayan abituriyentlərin adlarını və məzun olduqları məktəblərin siyahısını təqdim edir:

I ixtisas qrupu üzrə :

1. Tural Ağayev - Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.Onlar 700 bal topladı – SİYAHI (FOTOLAR)

2. Rəvan Nəzərəliyev- Xırdalan 5 saylı tam orta məktəbi.

Rəvanın atası maşın ustasıdır, anası riyaziyyat müəllimidir. Ailədə üç qardaşdılar. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Böyük qardaşları da 600-dən yuxarı bal toplayaraq universitetə daxil olublar. Hansı ixtisası seçəyini dəqiqləşdirməyib.Onlar 700 bal topladı – SİYAHI (FOTOLAR)

3. Nadir Sultanlı – Ankara məktəb-lisey. Sultanlı Nadirin anası evdar qadındır, atası isə BP də işləyir.Onlar 700 bal topladı – SİYAHI (FOTOLAR)

IV ixtisas qrupu üzrə :

1. Səbinə İsmayılova. Qazax rayonu Canallı kənd orta məktəbinin məzunuOnlar 700 bal topladı – SİYAHI (FOTOLAR)

2. Orxan Zülfüqarov – Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbi. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır. O, Tibb universitetində təhsil almaq istəyir.Onlar 700 bal topladı – SİYAHI (FOTOLAR)

3. Ağalətif Lətifov – İsmayıllı rayonu, 5 saylı orta məktəbi. Ağalətifin atası da İsmayıllı 5 saylı orta məktəbdə riyaziyyat müəllimi, anası isə evdar qadındır. O da Tibb Universitetində təhsil almaq istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR