Türkiyədə 103 general və admiral HƏBS EDİLDİ
Kateqoriya məlum deyil
Türkiyədə qiyama cəhdlə bağlı aparılan araşdırmalar nəticəsində 103 general və admiral həbs edilib. Onların arasında Hərbi Hava Qüvvətlərinin ordu generalı Akın Öztürk də var.
Sfera.az lent.az-a istinadən bildirir ki, saxlanılanların bir hissəsinin barəsindəki cinayət işi artıq məhkəməyə göndərilib.
Onlar barəsində ağır ittihamlar irəli sürülüb. Bunlar arasında Konstitusiyanı pozmaq təşəbbüsü, zorakılıq və şiddət istifadə edərək Türkiyə Cümhuriyyətini ortadan qaldırmağa cəhd kimi maddələr var.






