Neftlə bağlı ümidverici açıqlama: ciddi yüksəliş olacaq
Kateqoriya məlum deyil
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol neftlə bağlı yaxın gələcək üçün bədbin olsa da, ümumilikdə nikbin proqnozlar verib.
Publika.az xəbər verir ki, Birol 2015-ci ildə neft sektorunda investisiyaların 20% gerilədiyini, geriləmənin bu il də davam edəcəyini deyib. Qeyd edib ki, 2015-ci ildə neft hasilatına yönəlmiş investisiyalar son 30 ildə ən böyük tənəzzülünü yaşayıb.
İnvestisiyaların 2016-cı ildə də zəif qalacağını, son 30 ildə ilk dəfə olaraq iki il ardıcıl azalacağını vurğulayan İEA rəhbəri bunun gələcəkdə qiymətlər üzərində ciddi yüksəliş təzyiqi yaradacağını vurğulayıb: "Neftin 30 dollarda qalacağını düşünmək səhv olar".






