• Reklam
  • Peşə etikası
Logo
  • Sfera.az
  • Ana səhifə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Maqazin
  • Kriminal
  • Region
  • Dünya
  • Maraqlı
  • Media
    • Reklam
    • Peşə etikası
  • Foto
  • Gündəm
  • Hadisə
  • Sağlıq
  • YAZARLAR
  • Təhsil
  • İdman

Valideynlərin NƏZƏRİNƏ: Uşağa görə verilən 200 manat pulu necə almaq olar? - VİDEO

Valideynlərin NƏZƏRİNƏ: Uşağa görə verilən 200 manat pulu necə almaq olar? - VİDEO
Kateqoriya məlum deyil25.11.2021 01:28
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 200 manat məbləğində müavinət nəzərdə tutulub. Apardığımız sorğu onu göstərdi ki, bu müavinətdən hələ də xəbərsiz olan valideynlər var. Sıradakı süjetimiz sözügedən müavinətin əldə edilməsi prosedurlarından bəhs edir.
Sfera.az Xəzər Tv-yə istinadən xəbər verir ki, 2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Lakin bu müavinəti alanlar da var, bundan xəbərsiz olanlar da.
DSMF-nin mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, uşağın anadan olmasına görə birdəfəlik müavinəti həm işləyən, həm də işləməyən valideynlər ala bilər.
Rəşad Mehdili bildirib ki, işləyən valideynə məcburi dövlət sosial siğortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir.
Rəşad Mehdili bildirib ki, hər iki valideyn işləmədiyi halda birdəfəlik müavinət Azərpoçt MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti Azərpoçtun istənilən filial və ya şöbəsindən əldə edə bilərlər.
Qurum rəsmisi əlavə edib ki, müavinətlə bağlı əlavə məlumat almaq üçün DSMF-nin sosial siğorta və fərdi uçot üzrə mərkəzi filialının çağrı mərkəzinin (012)562 20 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün müraciət müddəti məhdudlaşdırılmır.

PAYLAŞ
Sfera.az tətbiqi
Xəbərləri tətbiqdə oxuAnlıq bildirişlər, daha sürətli və rahat oxu təcrübəsi.
Tətbiqi yükləpulsuz
QR kod: Sfera.az tətbiqini yükləmək üçün telefonla skan etTelefonla skan et

OXŞAR XƏBƏRLƏR

Taleh Kazımov onu direktor təyin etdi

Taleh Kazımov onu direktor təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinə yeni direktor təyin edilib. Sfera.az x əbər verir ki, bu təyinatla əlaqədar AMB-nin sədri Taleh Kazımov müvafiq əmr imzalayıb. Həmin əmrə uyğun olaraq, qeyd olunan vəzifə Məhəmməd Məhərrəmliyə tapşırılıb. O, avqust ayında vəzifəsini tərk etmiş Rüstəm Tahirovun yerinə bu posta gətirilib./unikal
Cəmiyyət23.10.2026 18:02
Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür

Bakıda piyadaların yolunu kəsən qanunsuz tikinti sökülür

Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, 40 ünvanında piyada səkisində aparılan qanunsuz tikinti-quraşdırma işləri dayandırılıb. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında sözügedən ünvanda araşdırma aparıb. Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən
Cəmiyyət23.10.2026 17:58
Azərbaycanda kombilər dəyişdiriləcək?

Azərbaycanda kombilər dəyişdiriləcək?

Azərbaycanda qazla işləyən kombi sistemlərinin gələcəkdə mərhələli şəkildə elektrik istilik nasosları ilə əvəzlənməsi nəzərdə tutulur. Sfera.az xəbər verir ki, 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid təmin edilməlidir. Bu məqsəd "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası"nda öz əksini tapıb. Bəs bu dəyişiklik necə reallaşdırılacaq və elektrik istilik nasosları ölkəmizin iqlim şəraitində nə dərəcədə effektiv olacaq? Məsələ ilə
Cəmiyyət23.10.2026 17:14
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?

“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?

Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması layihəsi çərçivəsində "Cəfər Cabbarlı" və "Nizami" metro stansiyalarını birləşdirəcək 211 metrlik tunelin inşası sürətlə davam etdirilir". Sfera.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib. O bildirib ki, tikinti işləri çərçivəsində ötən dövr ərzində kabellərin köçürülməsi uğurla başa çatdırılıb: "Hazırda hər iki tunel üzrə qazıntı
Cəmiyyət23.10.2026 16:44
Yağıntılı hava növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Yağıntılı hava növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntılarla əlaqədar bəzi çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli
Cəmiyyət23.10.2026 16:13
Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

Xocavənd və Ağdərə rayonlarına 44 ailə köçürülüb

Növbəti köç karvanları Xocavənd və Ağdərə rayonlarına çatıb. Sfera.az xəbər verir ki, bu mərhələdə iki rayona ümumilikdə 42 ailə - 163 nəfər köçürülüb. Onlardan 24 ailə (86 nəfər) Xocavənd şəhərində, 11 ailə (53 nəfər) Quzeyxırman kəndində, 3 ailə (11 nəfər) Xocavənd kəndində, 2 ailə (6 nəfər) Hadrut qəsəbəsində, 2 ailə (7 nəfər) isə Ağdərə rayonunun Heyvalı kəndində məskunlaşıb.
Cəmiyyət23.10.2026 12:59
© 2012-2026 Sfera.az Müəllif hüquqları qorunur.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur.
Created by bee
Google PlayApp Store
HaqqımızdaReklamƏlaqəHava