Yüksəliş müsabiqəsinin finalçısına vəzifə verildi
Kateqoriya məlum deyil
Yüksəliş müsabiqəsinin finalçısı Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına icraçı direktor vəzifəsinə təyin edilib.
Sfera.az xəbər verir ki bu barədə Yüksəliş müsabiqəsinin Feysbuk səhifəsində məlumat yerləşdirilib.
Qeyd edək ki, Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.






