“Bakı-Gəncə sürət qatarı fəaliyyətini bərpa etməlidir” - Deputat
"Gəncə terrorunda evləri dağılmış vətəndaşların bəzilərinin problemləri hələ də öz həllini tapmayıb".
Sfera.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin plenar iclası zamanı bildirib.
"İkinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən Gəncədə törədilən terror aktları hər kəsə məlumdur. Həmin ərazidə muzey kompleksinin yaradılması ideyası irəli sürülsə də, bu, hələ də reallaşmayıb. Təəssüf ki, həmin ərazidə artıq qalıqlar aşınır, dağılmaq üzrədir. Həmçinin evləri dağılmış vətəndaşların bəzilərinin problemləri öz həllini tapmayıb. Xahiş edirəm, bu məsələləri də nəzərə alasınız".
Deputat gəncəlilər üçün digər əhəmiyyətli məsələlərdən birinin isə Bakı-Gəncə sürət qatarının fəaliyyətinin bərpa edilməməsi olduğunu bildirib:
"Qatar 2018-ci ilin dekabrından işə düşsə də, pandemiya səbəbindən fəaliyyəti dayandırılıb. Düşünürəm ki, sürət qatarının bərpası zəruridir. Xahiş edirəm, Azərbaycan Dəmir Yollarına bu məsələnin həlli ilə bağlı vəsait ayrılsın və Bakı-Gəncə sürət qatarının fəaliyyəti 2022-ci ildə bərpa edilsin".Əzizə






