Logo

Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi

Eldar Əzizov idarə rəisini işdən çıxardı, yeni rəis təyin etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi”nə yeni rəis təyin edib.

Sfera.az xəbər verir ki,  Eldar Əzizovun müvafiq əmri ilə Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-yə Elşad Səfərov rəis təyin olunub.

Elşad Səfərov Bakının bir sıra rayonlarını əhatə edən "Kiosk Press” adlandırılan köşklərə də rəhbərlik edəcək.

O, bundan əvvəl Vergilər Xidmətində müxtəlif vəzifələrdə çalışıb.

Bakı şəhər Ticarət və Xidmət Departamentinin "Yeraltı Keçidlər üzrə Ticarət Birliyi” MMC-nin əvvəlki rəisi Seymur Mədətov isə vəzifəsindən kənarlaşdırılıb.

(qaynarinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR