Logo

Sabah havanın hərarəti yüksələcək

Sabah havanın hərarəti yüksələcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 40-50% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti isə əsasən yağmursuz olacaq. Lakin səhər və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR