Logo

Yaşar Nurinin anım günüdür

Yaşar Nurinin anım günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nurinin anım günüdür.

Sfera.az xəbər verir ki, Y.Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbəlik illərində  "Sevil”də Balaş, "Toy”da Salmanov, "Günahsız müqəssirlər”də Neznamov və b. obrazlar yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Aktyor səhnəyə ilk dəfə on bir yaşında "Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.

"Yaramaz”dakı Maşallah, "Lətifə”dəki Məmməd, "Qətl günü”ndəki Mahmud doktor, "Nə Gözəldir Bu Dünya...”dakı Asim Əliyev, "Hər Şey Yaxşılığa doğru”, "Nakəs”, ""Fransız”, "Yoxlama” filmlərində oynadığı obrazlar ona böyük populyarlıq qazandırıb.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR