Logo

Türkiyədə həlak olanların sayı 194 nəfərə çatdı – YENİLƏNİB

Türkiyədə həlak olanların sayı 194 nəfərə çatdı – YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.

Ü.Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.

11:03

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin qarşısının alınmasında 90 nəfər həyatını itirib.

Oxu.Az "Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1154 nəfər yaralanıb.

08:53

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi nəticəsində ölkədə 60 nəfər həyatını itirib.

Oxu.Az "Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR