Logo

Tülkü kəndə hücum çəkdi - VİDEO

Tülkü kəndə hücum çəkdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalada tülkü kəndə hücum edib. Hadisə gecə rayonun Aşağı Tala kəndi ərazisində qeydə alınıb.

Publika.az Region TV-yə istinadən xəbər verir ki, kənd sakini Elnur Musayev səhər saatlarında heyvanlara yem vermək məqsədilə toyuq hininə girdikdə gördüklərindən dəhşətə gəlib. Tülkü divardan keçərək həyətə soxulub, 7 hind quşunu, 15-ə yaxın toyuğu boğaraq öldürüb və parçalayıb.

Kənd sakinlərinin qənaətinə görə indiyədək həmin tülkü 100-ə yaxın toyuq-cücəni öldürüb.

Ev sakini Elnur Musayev tələ qurmaq fikrinə düşüb. Axşam tülkü tələyə düşüb.

Ümumiyyətlə, sakinlər kənddə vəhşi heyvanların, eləcə də sahibsiz itlərin sayının artmasından gileylənirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR