Logo

Könül Nurullayeva sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir

Könül Nurullayeva sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan,  yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır. Hesab edirəm ki,  3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqlarından azad edilmələri üçün 1ci və 2-ci dərəcə əlliliyi olan şəxslər üçün nəzərdə tutulmuş vəsaitə uyğun məbləğ ayrılmalıdır”. Milli Məclisin deputatı Könül Nurullayeva 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı belə  təklif irəli sürüb. Bildirib ki, əhalinin sosial müdafiəsi gücləndirilməli, gəlirlərin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır: "Əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik yüksək səviyyədə olmalıdır”.

K.Nurullayeva həmçinin təhsildə dövlət strategiyasını nəzərə alaraq hesab edir ki, elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsait ayrılmalıdır. Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaqla bağlı vəsaitlər ayrılmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR