Xanım jurnalist koronadan vəfat etdi - 17 həftəlik hamilə olub
Kateqoriya məlum deyil
"Press.az” xəbər saytının əməkdaşı Aygün Məcidqızı koronavirusdan vəfat edib.
Sfera.az xəbər verir ki, o, koronavirusa yoluxarkən 17 həftəlik hamilə olub.
Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan A.Məcidqızının vəziyyəti olduqca ağır qiymətləndirilirdi.
Qeyd edək ki, Aygün Məcidqızının 5 yaşlı oğlu var.






