Qarabağ müharibəsinə aid daha bir film təqdim olundu

Qarabağ müharibəsinə aid daha bir film təqdim olundu
Qarabağ münaqişəsindən bəhs edən daha bir film - "Canım mənim” filmi bu günlərdə təqdim edilib.

Sfera.az xəbər verir ki, "Qarabağ” silsiləsindən ikinci film olan "Canım mənim” filmi birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. "Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur. Filmin çəkilişinə dəstək olan şirkətlədən biri də "Nar”dır. Qeyd edək ki, film "Nar”ın Zəfər Gününə həsr etdiyi "Yaşa, Vətən!” kommunikasiyası çərçivəsində dəstək olduğu layihələrdən biridir.

Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: "Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.

Qeyd edək ki, qısametrajlı fimin tam versiyasına bu keçidə daxil olmaqla baxmaq olar.

Xatırladaq ki, "Planet Parni iz Baku Films” şirkətinin "Qarabağ” silsisləsindən birinci filmi olan "Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə "Nar” dəstək olmuşdu.

OXŞAR XƏBƏRLƏR

Nazir Leyla Muradzadəyə yüksək vəzifə verdi

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub.   Bu barədə Sfera.az-a Mədəniyyət Nazirliyindən bildirilib.   ...

"İstanbulda Rusiya-Ukrayna atəşkəsi ela oluna bilər" - AKP

İstanbul görüşündə Ukrayna Rusiya arasında atəşkəslə bağlı razılıq ola bilər.    Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin...

Ötən günün statistikası: Kartlardan 15 min oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 13-də 15 min manata yaxın pul oğurlanıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat ve...

"Yaşadığımız bina qəsdən yararsız hala salınır" - Səbaildən ŞİKAYƏT

Bakı şəhəri, Səbail rayonu, Mikayıl Hüseynov küçəsi, 14 ünvanında yerləşən, 9 mərtəbəli yaşayış binasının yararsız hala salınması üçün işlər getdiyi iddia olunu...

Azərbaycanda iş günləri 4-ə endirilir? - MÜHÜM YENİLİK

Azərbaycanda bəzi aylarda ard-arda qeyri-iş günlərinin olması müxtəlif aspektlərdən dəyərləndirilir. Bayram və istirahət günləri bir tərəfdən insanların dincəlm...

Leyla Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni di...