Logo

Qüdrət Həsənquliyev: “Mütləq böyük özəlləşdirilməyə getmək lazımdır”

Qüdrət Həsənquliyev: “Mütləq böyük özəlləşdirilməyə getmək lazımdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev büdcə zərfindəki nöqsanlardan danışan Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təşəkkür etməklə sözə başladı.

Deputat bildirdi ki, Milli Məclis və Hesablama Palatası büdcə vəsaitlərinə nəzarət funksiyası həyata keçirməli olduğu halda, bu nəzarət həyata keçirilmir. Xüsusilə də investisiya layihələri ilə bağlı məlumatlar Məclisə təqdim edilmir.

Q.Həsənquliyev qeyd etdi ki, büdcənin 5,8 faizi dövlət borclarının qaytarlılmasına yönəldiləcək, bu, kifayət qədər böyük rəqəmdir. "Büdcə zərfindən görünür ki, 17 milyardlıq vəsaitin təqribən 2,2 milyardı qeyri-neft məhsullarıdır, bu isə kifayət qədər azdır”, deputat əlavə etdi.

Q.Həsənquliyev bildirdi ki, iqtisadi sahədə böyük islahatlara ehtiyac var: "Mütləq böyük özəlləşdirilməyə getmək lazımdır. Həmçinin iqtisadiyyatda rəqabət mühütü formalaşdırılmalıdır”.

(musavat.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR