Zakir Həsənov: "Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır"
Kateqoriya məlum deyil
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O, bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyini, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu qonaqların diqqətinə çatdırıb.






