Logo

Mahir Qurbanov: "Zəfər Günü milli iftixar günüdür!"

Mahir Qurbanov: "Zəfər Günü milli iftixar günüdür!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Zəfər günü – xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə təsis edilib. 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə və Azərbaycan xalqının qürur mənbəyinə çevrildi”.

Sfera.az bildirir ki, bu açıqlamanı Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov verib.

M.Qurbanov qeyd edib ki, Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi: "Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi. Bütün dünyaya haqqı, ədaləti qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik! Şuşanın isə işğaldan azad edilməsi bizim gücümüzü və ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Hesab edirəm ki, 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır!"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR