Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək
Kateqoriya məlum deyil
Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.
Sfera.az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, aksiya Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.
Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.






