Logo

Səudiyyə Ərəbistanına səyahət etmək istəyənlərin nəzərinə

Səudiyyə Ərəbistanına səyahət etmək istəyənlərin nəzərinə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Azərbaycan Hava Yolları” milli aviadaşıyıcısı Ciddəyə xüsusi reyslərin həyata keçirilməsinə başlayır.

AZAL-dan Sfera.az-a verilən məlumata görə, bu uçuşlar noyabrın 25-dən etibarən həftədə bir dəfə, cümə axşamı günləri Airbus A319/Airbus A320 hava gəmilərində yerinə yetirəcək.

Aviabilet satışı aviaşirkətlərin www.azal.az rəsmi saytında, həmçinin aviadaşıyıcıların akkreditə olunmuş agentliklərində həyata keçirilir.

Reyslərə yalnız COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilən mövcud məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Səudiyyə Ərəbistanına səyahəti planlaşdıran Azərbaycan vətəndaşları bu ölkə ərazisinə giriş hüququna malik olmalıdırlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR