Azərbaycanda toylara görə həbs edilən şəxslərin sayı AÇIQLANDI
Kateqoriya məlum deyil
"Ölkə üzrə xüsusi karantin rejim dövründə toy şənliklərinin keçirilməsi qaydalarının pozulmasına görə 33 cinayət işi başlanıb".
Bunu Sfera.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, 38 nəfər inzibati həbs olunub, 2822 nəfər cərimələnib: "Onlardan 1835 nəfər fərdi evlərdə toy təşkil edənlər olub. COVİD-19 pasportu olmayan 52.353 toy şənliklərinə buraxılmayıb".






