Logo

Bakıda qorxulu anlar

Bakıda qorxulu anlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərində intihara cəhd edilib

Şahidlərin verdiyi məlumata görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib.

35-40 yaşlarında naməlum kişi əlində bıçaqla yola çıxaraq intihara cəhd edib. Hadisə yerinə polis əməkdaşları gəlib.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən bildirilib ki, polis əməkdaşları intihar etmək istəyən şəxsi fikrindən daşındıra biliblər.

Həmin şəxs polis bölməsinə dəvət olunub. Araşdırmalar zamanı onun Füzuli rayon sakini, 1976-cı il təvəllüdlü Nadir Polad oğlu Məmmədov olduğu müəyyən edilib.

Hazırda onun ifadəsi alınır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR