Logo

"18 milyon onlardan alınaraq MEDİA-nın xeyrinə ödənilsin" - TƏLƏB

"18 milyon onlardan alınaraq MEDİA-nın xeyrinə ödənilsin" - TƏLƏB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Tələb edir ki, 18 milyon manata yaxın ziyan təqsirləndirilən şəxslərdən alınaraq MEDİA-nın xeyrinə ödənilsin".

Sfera.az xəbər verir ki, bu tələbi jurnalist Bəxtiyar Firuzə öz sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, məhkəmədə Vüqar Səfərlinin mühasibi Təhminə Yaqubova jurnalistlərin mükafatlandırılması üçün keçirilən tədbirlərdə qonaq sayının şişirdilməsi, tenderlər keçirilən zaman kimlərin qalib olması, V.Səfərlinin həyat yoldaşının adına olan qəzetə vəsaitin ayrılması barədə ətraflı və detallı şəkildə danışıb.

"Həmçinin jurnalist olmadığı halda ona verilən mənzil barədə də suaları cavablandırıb. Deyib ki, V.Səfərli ailə vəziyyətini, yaxınlarını itirməsini nəzərə alaraq, ona mənzil verib.

Məhkəmədə təqsirləndirilən B.İsmayılov da dindirilib.Bildirib ki, binanin tikintisini aparan şirkət əslində Əli Həsənova məxsus olub:

"Nadir Məmmədov formal olaraq orada direktor idi. Üçüncü binanın tikintisi zamanı Nadir Məmmədov şirkətin direktoru vəzifəsindən çıxarılıb, onun yerinə Əli Həsənovun qohumu Ədalət Vəliyev gətirildi. Lakin o, işi bacarmadığından yenidən Nadir Məmmədov şirkətə direktor təyin edildi. İkinci və üçüncü binanın tikintisi zamanı oradan xeyli sayda nöqsanlar aşkarladım. Bununla bağlı rəhbərliyə məlumat verdim. Əli müəllim də üçüncü binanın tikilişi zamanı həftədə bir dəfə əraziyə gəlirdi, işlərin gedişatı ilə maraqlanırdı. Mən o zaman nöqsanlarla bağlı Nadir Məmmədovdan Əli Həsənova şikayət etdim. O da Nadir Məmmədova öz tapşırıqlarını verdi. Məsələn binada yerlərə parketin vurulması nəzərdə tutulmuşdusa, ora laminant vuruldu. Lakin qiymətləndirmədə parketin qiyməti yazılmışdı. Daha sonra binada istifadə olunan materiallar brend mallar qeyd olunsa da, Çin istehsalı idi.

Bundan başqa, layihədə pəncərə altlıqlarını mərmərdən göstərsək də, plasitkdən vurulmuşdu. Divarların parça oboydan vurulması nəzərdə tutulsa da, kağız oboydan istifadə olunmuşdu. Bunlarla bağlı etirazımı Vüqar Səfərliyə bildirmişdim. O da mənə binada görülən işlərin Əli Həsənovun nəzarət etdiyini, bu cür işlərə qarışmamağı tapşırmışdı"".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR