Logo

Putin şərtini açıqladı: “Bizi düşmən elan etməkdənsə...”

Putin şərtini açıqladı: “Bizi düşmən elan etməkdənsə...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putin Avropa ilə münasibətlərin normallaşması üçün şərtini açıqlayıb.

Publika.az xəbər verir ki, dövlət başçısı Almaniyanın “Bild” nəşrinə müsahibəsində Avropanın Rusiyanın maraqlarına hörmət nümayiş etdirməli olduğunu söyləyib.

“Qaydaları bəzilərinin maraqlarına uyğun vəziyyətə gətirmək əvəzinə bir-birimizin maraqlarına hörmət etməliyik. Biz buna hazırıq, hər şey beynəlxalq hüquqa söykənməlidir”, - Putin deyib.

Rusiya prezidenti Avropanın Berlin divarının yıxılmasından sonra ixtilafların qarşısını kəsmək üçün heç bir şey etmədiyini söyləyib: “Rusiya o dövrdə maraqlarını müdafiə edə bilsəydi, dünya daha balanslı şəkildə ola bilərdi. Lap əvvəldən hər şey səhv istiqamətdə baş verdi. Berlin divarı 25 il əvvəl yıxıldı, amma Avropadakı parçalanma aradan götürülmədi. Görünməz divarlar Şərqə sürüşdü. Bu da gələcəkdəki böhranlar üçün zəmin hazırladı”.

Dünyanın terror, insan alveri və qaçqın böhranı kimi bir çox problemlə qarşı-qarşıya qaldığının vurğulayan Putin qeyd edib ki, sözügedən problemləri həlli üçün bütün ölkələr güclərini birləşdirməlidir: “Amma problemlərin həlli üçün Rusiya digərlərinin qərarlarına uyğun davranmalı deyil. Bəziləri hər addımında bizi düşmən elan etməkdən daha yaxşı bir yol tapmalıdırlar”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR