Logo

Məzunları ən çox "2" almış rayonların adları — SİYAHI

Məzunları ən çox "2" almış rayonların adları — SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan "2” qiyməti alıb.

IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2” qiyməti alıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox "2” alan 5 şəhər və rayonların adları müəyyən edilib.

Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları "2” qiyməti alıb.

11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları "2” qiyməti alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR