Logo

Azərbaycana gələn turistlərlə bağlı maraqlı STATİSTİKA

Azərbaycana gələn turistlərlə bağlı maraqlı STATİSTİKA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycana turizm məqsədilə gələn əcnəbilər nəqliyyat vasitəsi kimi ən çox təyyarələrdən istifadə edir.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin avqust-sentyabr ayları ərzində gələn 83,8 min turistin 50,3 min nəfəri təyyarə ilə ölkəmizə daxil olub. Turistlərin 31,37 mini quru, 2,13 mini su nəqliyyatından istifadə edib.

Hava nəqliyyatından istifadə edərək gələn turistlərin daha çox hissəsi Rusiya vətəndaşlarıdır. İki ayda ölkəmizə 26,43 min rusiyalı turist gəlib ki, onun da 21,7 mini hava nəqliyyatından istifadə edib.

Ölkəmizə ən çox turistin gəldiyi Türkiyə vətəndaşları isə quru nəqliyyatından bəhrələniblər. Türkiyəli turistlərin 10,355 mini hava nəqliyyatından, 15,834 mini quru nəqliyyatı ilə Azərbaycana daxil olublar.

Su nəqliyyatından istifadə edərək Azərbaycana gələn turistlərin də çox hissəsini Rusiya və Türkiyə vətəndaşları təşkil edib. Rusiyalı turistlərin 740 nəfəri, türkiyəli turistlərin 671 nəfəri su nəqliyyatından istifadə edib.

Quru yolla ən çox turist Türkiyədən (15 834), İrandan (5 569), Gürcüstandan (4 538) və Rusiyadan (4 019) gəlib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR