Sahil Babayev vəzifəli şəxsi işdən AZAD ETDİ
Kateqoriya məlum deyil
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru İsmayıl İsrafilov vəzifəsindən azad edilib.
Sfera.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, bununla bağlı nazir Sahil Babayev əmr imzalayıb.
S.Babayevin digər əmri ilə İ.İsmayılov Sosial Dəstək Mərkəzinə direktor təyin olunub.
Nazir, həmçinin Azər Məmmədovu Tikilməkdə olan Obyektlərin Müdiriyyətinə direktor əvəzi təyin edib.






