Logo

AzTV Vahid Mustafayevin şirkətini niyə reklam etmək istəməyib? - RƏSMİ AÇIQLAMA

AzTV Vahid Mustafayevin şirkətini niyə reklam etmək istəməyib? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AzTV Vahid Mustafayevin şirkətinin reklamından imtina edib.

Sfera.az bildirir ki, bu barədə telekanal özü məlumat yayıb. Bildirilib ki, VMF şirkəti işğaldan azad edilmiş rayonların adları yazılmış saat kolleksiyasını AzTV-də reklam etdirmək istəsə də, buna icazə verilməyib.

"Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır. Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda multiplikativ xarakter daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib. Bir qədər dəyişiklik etmək, xüsusən də "Vətən müharibəsinin əsas şüarı olan "Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə Mədəniyyət və İdman TV-də verilə bilər” deyilib”, - deyə məlumatda qeyd edilib.

Dövlət televiziyası, həmçinin bildirib ki,  "Qarabağ Azərbaycandır” şüarı onlar üçün adi söz birləşməsi deyil:

"VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR