Teymur Musayev özünə müşavir TƏYİN ETDİ - ƏMR
Kateqoriya məlum deyil
Səhiyyə nazirinin yeni müşaviri təyin olunub.
Səhiyyə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu barədə səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, Tural Babayev səhiyyə nazirinin müşaviri təyin edilib.
Xatırladaq ki, T.Babayev bu vəzifəyə qədər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində çalışıb.






