Logo

Elnur Allahverdiyev Şuşaya səfər etdi - FOTO

Elnur Allahverdiyev Şuşaya səfər etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin deputatı Elnur Allahverdiyev Şuşaya səfər edib.

Sfera.az bildirir ki, bu barədə millət vəkili özü məlumat verib. O, Cıdır düzündən foto paylaşaraq təəssüratlarını bölüşüb.

"Şuşanın simvolu olan Cıdır düzü 2020-ci ilin 8 noyabrından etibarən bizim üçün daha bir önəm daşımağa başlayıb. Qəhrəman oğullarımız şəhərə məhz bu istiqamətdən, sıldırım qayaları aşaraq daxil olublar. Artilleriya dəstəyi olmadan. Şəkildə arxa fonda gördüyünüz yol, indi bizi Şuşaya gətirən rahat asfalt yoludur. O yolu oğullarımız Şuşaya piyada açıblar. Onların içində şəhid olanlar var. Allah rəhmət etsin! Allah qazilərimizi qorusun! Unutmayacağıq!", - deyə deputat əlavə edib.

Elnur Allahverdiyev Şuşaya səfər etdi - FOTO

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR