Logo

Azərbaycanlılar İrana 3 ayda 1 492 dəfə dini səfər həyata keçirib

Azərbaycanlılar İrana 3 ayda 1 492 dəfə dini səfər həyata keçirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ilin iyul-sentyabr ayları ərzində Azərbaycan vətəndaşları dini ziyarət məqsədilə xaricə 3 172 dəfə səfər edib. 

Dini səfərlərə dini yığıncaq və tədbirlərdə iştirak etmək, müqəddəs dini obyektləri (məbədləri, yerləri) ziyarət etmək üçün edilən səfərlər aiddir.

Sfera.az bildirir ki, dini ziyarət məqsədilə səfər edənlərin əksəriyyəti İrana gedib. İrana 3 ayda 1 492 dəfə dini səfər həyata keçirilib.

Dini məqsədlə Türkiyəyə 984 dəfə, Rusiyaya 580 dəfə, Birləşmiş Ərəb Əmirliyinə 44, Gürcüstana 36, Qazaxıstana 14 dəfə dini səfər baş tutub.

Səfərlərin 816-sı birgünlük olub. Birgünlük dini səfərlər ən çox Türkiyəyə (593 dəfə) həyata keçirilib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR