Logo

QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır

QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
20-ci əsrin vəbası hesab edilən QİÇS (Qazanılmış İmmunitetin Çatışmazlığı Sindromu) təhlükəli xəstəliklər siyahısından çıxarılır.

Avstraliyalı elm xadimləri ölkədə bu xəstəliyin təhlükəli həddə olmadığını açıqlayıblar. ABC telekanalı bildirir ki, son zamanlarda QİÇS-ə yoluxan avstraliyalıların sayı yox deyiləcək qədər azdır. Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur: "İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar".

Mütəxəssislər bildirirlər ki, hazırda QİÇS-ə səbəb olan HİV-lə mübarizə davam edir: "QİÇS əsasən, səbəbi müəyyən edilməmiş HİV-ə yoluxma zamanı ortaya çıxır. Bu xəstəliyin müalicəsi zamanı qəbul edilən dərman preparatlarının tərkibi və keyfiyyəti önəmlidir. HİV-ə yoluxan xəstələr bu dərmanlar sayəsində uzun ömür yaşayırlar və ölüm təhlükəsindən uzaq olurlar". 

Avstraliya QİÇS-lə Mübarizə Federasiyası hesab edir ki, xəstəliklə mübarizədə ölkələrin əməkdaşlığı vacibdir: "Avstraliyada görülən tədbirlər sayəsində müsbət nəticə əldə etmək mümkün olub".

Qeyd edək ki, iyulun 18-22-də Cənubi Afrikada QİÇS-lə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək./apa/
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR