Nərə balığı satan şəxs cəzalandırıldı – Şabran bazarında reyd
Kateqoriya məlum deyil
Şabranda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.
Sfera.az xəbər verir ki, Şabranda fəaliyyət göstərən mərkəzi kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı rayon sakini İlham Məmmədov tərəfindən digər balıqlarla yanaşı ovlanması qanunla qadağan olunmuş nərə balığının satılması faktı aşkar olunub:
Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb.






