Logo

Azərbaycanda 4 illik qənaət başlayır – BÜDCƏ DƏYİŞDİRİLƏCƏK

Azərbaycanda 4 illik qənaət başlayır – BÜDCƏ DƏYİŞDİRİLƏCƏK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan hökuməti dünya bazarlıranda neftin qiymətinin kəskin aşağı düşməsi

və onun ölkə iqtisadiyyatına təsirinin azaldılması məqsədilə ciddi addımlar atmaq

niyyətindədir. Bura 2016-cı ilin dövlət büdcəsinin dəyişdirilməsi, 4 il davam edəcək

ciddi qənaət rejiminin başlanması, dövlət investisiyalarının azaldılması, dövlət

idarəetməsində ciddi islahatların aparılması, eləcə də dövlət mülkiyyətinin

özəlləşdirilməsi prosesinin sürətləndirilməsi aid

dir. Fins.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov

prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib.

«Manatın devalvasiyası qaçılmaz idi»
Nazir bildirib ki, dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici

valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət

yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib. Qlobal iqtisadi

proseslərin ölkəmizin inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və

Mərkəzi Bankın atdığı kəsərli addımlar yaranmış makroiqtisadi duruma adekvatdır:

«Bunu oxşar təsirlərə məruz qalmış digər neft istehsal və ixrac edən ölkələrin timsalında

da görə bilərik».

Dövlət büdcəsi dəyişdiriləcək
S.Şərifov bildirib ki, neftin qiymətinin ucuzlaşmasının davam etməsi, həmçinin Mərkəzi

Bank tərəfindən yeni məzənnə siyasətinə keçid 2016-ci il üçün təsdiq olunmuş

dövlət büdcəsində bir sıra dəyişikliklərin edilməsini şərtləndirib: «Bu dəyişikliklər

icmal və dövlət büdcəsi gəlirlərinin yeni şəraitə uyğunlaşdırılması, son illər aparılmış

büdcə yığcamlaşdırılması siyasəti davam etməklə, büdcə xərclərinin səmərəliliyinin

artırılması, valyuta ehtiyatlarına qənaət edilməsi, qeyri-neft sektorunun və sahibkarlığın

inkişafına təkan verilməsi kimi əsas hədəfləri güdməlidir».

Həssas təbəqələr inflyasiyadan qorunacaq
Maliyyə naziri bildirib ki, bu zaman manatın məzənnəsinin enməsi ilə əlaqədar olaraq

gündəlik tələbat mallarının qiymətlərinin inflyasiyasının əhalinin həssas

qruplarına ola biləcək mənfi təsirlərinin neytrallaşdırılması tədbirlərinin prezidentin

tapşırığına uyğun olaraq həyata keçirilməsi planlaşdırılır.

4 illik qənaət rejimi başlayır
Nazir dölət büdcəsinin dəyişdirilməsi və qənaət rejiminin bəzi təfərrüatlarını açıqlayıb.

Onun sözlərinə görə, ölkə daxilində və xaricində investisiya qoyuluşu xərcləri də nəzərə

alınmaqla, 2016-cı il və sonrakı 3 il üçün ciddi qənaət rejimini təmin edəcək

tarazlaşdırılmış gəlir və xərclər smetası hazırlanacaqmalıdır. Bu zaman dövlət

vəsaitlərindən qənaətlə istifadə edilməklə, maliyyə nizam intizamı gücləndirilməli,

israfçılığa və izafi xərxlərə yol verilməməlidir.

Dövlət idarəçiliyi təkmilləşəcək 
Nazir həmçinin bildirib ki, dövlət idarəetmə sisteminin təkmiləşdirilməsi, dövlət mülkiyyətində

olan şirkətlərin idarə edilməsində islahatların aparılması, dövlət mülkiyyətinin

özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə

konsolidasiyası, və ona olan etimadın artırılması kimi məsələlərin həllinə nail olunmalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR