Logo

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni "Retro Bakı” layihəsinə start verilib.

Oxu.Az xəbər verir ki, iyulun 9-u və 10-da layihənin ilk konsertləri keçirilib.

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO

Tədbirdə Mərdəkan Mədəniyyət Sarayının "Lalələr” rəqs qrupu, "İqray qarmon” rus folklor ansamblı, R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin caz ansamblı, Xətai rayon Mədəniyyət Mərkəzinin "Səma” rəqs qrupu və gənc ifaçılardan ibarət gitaraçalanlar ansamblının çıxışı olub.

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO

İki saata yaxın müddət ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO

Qeyd edək ki, layihə sentyabrın ortalarınadək davam edəcək. Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq.

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO

Layihənin məqsədlərindən biri də XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaqdır.

“Retro Bakı” layihəsi təqdim olundu – FOTO

16-17 iyun tarixlərində isə "Retro Bakı” layihəsinin növbəti konsertləri keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR