Bakıda bu binanın uçma təhlükəsi var - Yollarda hərəkət MƏHDUDLAŞDIRILIR

Bakıda bu binanın uçma təhlükəsi var - Yollarda hərəkət MƏHDUDLAŞDIRILIR
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib.

DYP-dən Sfera.az-a daxil olan müraciətdə deyilir:

"Paytaxtın Nərimanov rayonu ərazisində H.Əliyev prospektinin A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov istiqamətinə olan yolun, yəni A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.

Qanunvericilikdə nəzərdə tutulan sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir".

"Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər” - DYP-dən bildirilib.

OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binas...

İbrahim Tatlısəsdən pis xəbər: yerimək qabiliyyətini itirdi

Türkiyənin 72 yaşlı məşhur müğənnisi İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdiyi üçün yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.   S...

COP29 məkanları belə idarə edilirdi - VİDEO

Bakıda noyabrın 11-22 tarixlərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi...

İlham Əliyev Trampa ZƏNG ETDİ

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.   Sfera.az xəbər v...

73 yaşlı kişi təyyarədə 4 qadına təcavüz edib - 3 ilədək həbs oluna bilər...

Sinqapur Hava Yollarının yaşlı sərnişini uçuş zamanı 4 qadına cinsi təcavüz edib.   Sfera.az xəbər verir ki, hadisənin təfərrüatlarını "The New Pa...

Tiktoker qızdan şok: kişini tapıb ayağını öpdürdü

Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.   Belə ki...