Kəramət Böyükçöl xəstəxanadan buraxıldı - FOTO
Kateqoriya məlum deyil
Tanınmış yazar Kəramət Böyükçöl müalicə aldığı xəstəxanadan buraxılıb.
Sfera.az bildirir ki, bu barədə onun həmkarı, yazıçı Aysel Əlizadə məlumat verib. O, Kəramətin vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Aysel Əlizadə "Çıxdıq. Soruşan, narahat olan hər kəs sağ olsun”, - qısa şərhi ilə yazıçı Kəramətlə olan fotosunu paylaşıb.
Xatırladaq ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilmişdi.
Türkan
Sfera.az






