Logo

“Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa nəfəs olacaq ” - Millət vəkili

“Füzuli Beynəlxalq Hava Limanının açılışı Qarabağa nəfəs olacaq” - Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanında cəmi 9 ay ərzində qurulub sınaq uçuşları həyata keçirildi. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşır”.

Sfera.az bildirir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Füzuli Beynəlxalq Hava Limanı ermənilər tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur:

"Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanın əhəmiyyətini daha da artacaq.

Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəlla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər Yolu da hazırdır və bu da o deməkdir, xarici və yerli deleqasiyalar hava limanı vasitəsilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər.

İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq hava limanı prosesə xüsusi töhfə vermiş olacaq.

Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR