Logo

Azərbaycanlı yazıçıya İsveçdə vəzifə verildi

Azərbaycanlı yazıçıya İsveçdə vəzifə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Yazıçı və jurnalist Elçin Aslangil 1997-ci ildən İsveçdə fəaliyyət göstərən Azərbaycan İsveç Federasiyasının mətbuat xidmətinin rəhbəri təyin edilib. 

Elçin Aslangilin Sfera.az-a verdiyi xəbərə görə, hazırda təşkilatın rəhbəri güney azərbaycanlı Azər xanım Fərruxidir. Azərbaycan İsveç Federasiyası İsveçdə yaşayan azərbaycanlılar tərəfindən yaradılan 31  təşkilatı özündə birləşdirir. AFİ öz demokratik əsasnaməsinə uyğun şəkildə hər il yeni başkan seçir. Federasiya azərbaycanlıların xaricdə fəaliyyət göstərən ən böyük təşkilatlarından biridir.

Xatırladaq ki, İsveçdə 30 mindən çox azərbaycanlı yaşayır. Federasiya o taylı bu taylı azərbaycanlıları özündə birləşdirən təşkilatdır. Təşkilatda Arif Rəhimoğlu, Eldar Qaradağlı, Teymur Eminbəyli kimi tanınmış alimlər və diaspora fəalları fəaliyyət göstərir. AFİ Stokolm Yotobore şəhərlərində yerləşən Azərbaycan evləri ilə sıx əməkdaşlıq edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR