Logo

Mədəniyyət naziri: “Canəli Əkbərovun qoyduğu miras bundan sonra da yaşayacaq”

Mədəniyyət naziri: “Canəli Əkbərovun qoyduğu miras bundan sonra da yaşayacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Canəli Əkbərov Azərbaycan ictimaiyyətinə, Azərbaycan mədəniyyətinə və Azərbaycanın dünyada tanıdılmasına böyük töhfələr vermiş şəxsiyyətdir."

Sfera.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Xalq artisti Canəli Əkbərovun dəfn mərasimində deyib.

O bildirib ki, Canəli Əkbərovun vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir: "O, muğam sənətinin inkişafına böyük töhfələr vermiş bir şəxsiyyətdir. Dövlət tərəfindən Canəli Əkbərovun fəaliyyəti daim yüksək qiymətləndirilib, müxtəlif mükafatlara laureatları layiq görülüb. Bu gün onun davamçıları var. Onun tələbələri bu mirası ondan sonra da yaşatmalıdırlar. Canəli Əkbərovun qoyduğu miras bundan sonra da yaşayacaq. O, mədəniyyətimizdə unudulmaz izlər qoyub. Bu gün bura toplaşan yaxınlarına, ailə uzvlərinə, bir sözlə bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR