Logo

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Sabirabad rayon sakini Asif Rəhimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Polis əməkdaşları tərəfindən qaydaları pozan A.Rəhimovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR