Logo

Avtoxuliqanlıq edən şəxs 20 sutkalıq həbs olundu

Avtoxuliqanlıq edən şəxs 20 sutkalıq həbs olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda yol-hərəkəti qaydalarını pozan şəhər sakini ilə bağlı məhkəmə qərarı elan olunub.

Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə 1996-cı il təvəllüdlü Bakı şəhər sakini Nihad Sadiqov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi üzrə 20 sutka azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Sadiqov S.Vurğun-Neftçilər prospekti boyunca, Azneft dairəsi istiqamətində dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Daha sonra Axundov parkının yaxınlığında saxlanılan şəxs yol polisi əməkdaşlarına tabesizlik göstərib və aydın olub ki, şəxsin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi də olmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR